Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev 65 yaşında dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, o, səhər saatlarında ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Mahmud Nəbiyev 1957-ci ildə Naxçıvanda anadan olmuşdu. O, 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinə sədrlik edirdi.