Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqları təmizləməyin ən sadə yolu: 3 həftə bunu edin - Həm də arıqladır

  • 2017.11.06 12:53
  • 129705 Baxış
Bağırsaqları təmizləməyin ən sadə yolu: 3 həftə bunu edin -  Həm də arıqladır
Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları qalıqlardan, nəcis daşlarından və parazitlərdən kifayət qədər təmizləmək lazımdır. 70 il ərzində insan bağırsaqlarından 100 ton yemək və 40 min litr maye ötürülür.


Medicina.az xəbər verir ki, bunun nəticəsində bağırsaqda həyat fəaliyyətinin zəhərli qalıqları olan 15 kq-dan çox nəcis daşları yığılır və bunlar da tədricən qanımızın zəhərlənməsinə səbəb olmaqla vücudumuza bərpa olunmayan zərər yetirir. Bununla çirklənmiş bağırsaqlar tez-tez qəbizliyə səbəb olur, maddələr mübadiləsinin pozulmasına, şəkərli diabet, allergiya, artıq və ya çatışmayan çəkiyə, orqanizmdə filtr rolu oynayan böyrək və qara ciyərin xəstəliklərinə, eşitmə və görmə xəstəliklərinə, dəri, dırnaq, saç çatışmazlığına, sistem xəstəliklərinə, artritdən tutmuş xərçəng xəstəliklərinə qədər şərait yaradır.


İmalə etməklə yalnız yoğun bağırsağın kiçik bir hissəsini(40-50 sm) təmizləmək mümükündür. Bağırsaqların xüsusi cihazların köməyi ilə yuyulması isə kifayət qədər bahadır, vaxt aparır və bağırsaqların mikroflorasına zərər verir.


Kətan toxumundan hazırlanmış xüsusi undan 1-3 xörək qaşığı daxilə qəbul etmək  yoğun və nazik bağırsaqların çoxillik nəcis daşlarından və qalıqlardan, eləcə də parazitlərdən 3 həftə müddətində tam təmizlənməsinə səbəb olur. Bu zaman bağırsaqların mikroflorasının tamlığı da qorunub saxlanılır.

 

flax-4


Diqqət!


Bu metodika çəkinin qısa müddətdə normallaşmasına və artıq yağların yanmasına şərait yaradır. Kətan toxumu unu zəhərli maddələrin, şlakların orqnizmdən çıxarılmasına və sorulmasına qadirdir, həm də qanda xolesterinin səviyyəsini aşağı salır. O, parazitlər əleyhinə geniş təsir gücünə malikdir, helmintlərin çoxlu formalarına, göbələklərə, viruslara öldürücü təsir etmək qabiliyyəti var. Kətan həm də lipid mübadiəsinin dövriyyəsinə müsbət effekt göstərir.


İstifadəyə göstərişlər:


Yuxarı tənəffüs yolları toxumalarının iltihabi prosesləri, mədə-bağırsaq traktı, qastritlər, kolitlər, mədə və onikibarmaq bağırsaqların xora xəstəlikləri, sidik kanalı xəstəlikləri-pielit, sistit, lipid mübadiləsi pozğunluqları, bədən çəkisi xəstəlikləri.


Profilaktika məqsədi ilə hər gün istifadə etmək çox effektivdir.

 



İstifadə qaydası:


Bir dəfə üçün 2-3 çay qaşığı antiparazitik xüsusiyyətləri olan qablarda hazırlanır və yemək üçün bir komponent kimi istifadə olunur.

Bağırsaqların təmizlənməsi - 


1-ci həftə:

1 xörək qaşığı un+100 q smetan və ya qatıq


2-ci  həftə:

2 xörək qaşığı un+100 q smetan və ya qatıq


3-cü həftə:

3 xörək qaşığı un+150 q smetan və ya qatıq.


Əgər kətan toxumu unu tapmaq çətinlik törədirsə, sadəcə apteklərdən kətan toxumu almaq və onu qəhvəüyüdəndə üyütmək lazımdır.


Bu qarışığı səhər yeməyi ilə birlikdə qəbul etmək lazımdır. Bunun sayəsində yoğun və nazik bağırsaqlar qalıqlardan və nəcis daşlarından, eləcə də parazitlərdən tam təmizlənəcək, həmçinin bağırsaqların mikroflorasının tamlığı da qorunacaq. smetanı istənilən süd məhsulu ilə əvəz etmək olar. Müalicə dövründə orqanizmin su rejiminə ciddi riayət etmək lazımdır: hər gün 2 litr su içmək tələb olunur.

 

QEYD: Əks göstərişləri ilə bağlı dəqiq məlumatlar olmadığından və orqanizmlərin hər bir qarışıma müxtəlif reaksiyalar verə biləcəyini nəzərə alaraq, həkimlə məsləhətləşdikdən sonra yuxarıda qeyd olunanları etməyiniz məsləhətdir!
Bağırsaqları təmizləməyin ən sadə yolu: 3 həftə bunu edin -  Həm də arıqladır
Bağırsaqları təmizləməyin ən sadə yolu: 3 həftə bunu edin -  Həm də arıqladır