Detoks - həzm problemləri doğuran müəyyən məhsulların istifadə edilməsinin qadağan olunmasıdır.
Medicina.az xəbər verir ki, bağırsaqları təmizləməyin digər bir təsirli yolu güclü detoks içkiləridir.
Bəs bağırsaqları təmizləyən detoks içkisi necə hazırlanır?
100 ml limon suyu, 50 ml zəncəfil suyu hazırlayın, onları qarışdırın və 100 ml təmiz su əlavə edin. Suyu buz qəliblərinə əlavə edib dondurucuya qoyun.
150 ml təmiz suyu əvvəlcədən qaynadın, sonra bir çimdik dəniz duzu əlavə edib qarışdırın. Sonda bir miqdar təzə alma şirəsi, 1-2 ədəd limon və zəncəfil suyunun dondurulmuş buz qəliblərini duzlu suya əlavə edin. Qarışdırın və buz kublarının əriməsini gözləyin.
İçkini səhər acqarına və yüngül nahardan əvvəl için. 14-15 gün içində davam etmək məsləhət görülür. Müalicə kursunu ildə 3-4 dəfə təkrarlayın.