Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaq xərçəngini bu analiz aşkar edir - Alimlər tövsiyyə edir

  • 2019.03.01 17:12
  • 11122 Baxış
Bağırsaq xərçəngini bu analiz aşkar edir -  Alimlər tövsiyyə edir
Bağırsaq xorası və xərçəngini aşkarlamaq üçün ən münasib müayinə metodu ilə kolonoskopiya çox xəstələri qorxudur. 

Bunun əvəzinə fekal immunokimyəvi testlə gizli qanı aşkar edən metod da tətbiq oluna bilər. 


Medicina.az xəbər verir ki, bunu ABŞ-ın İndiana ştatının Tibb Məktəbinin mütəxəssisləri bildirib.


FİT adlanan bu test insan hemoqlobininə çox həssasdır. İnsan nəcis biomaterialını laboratoriyaya təqdim edir və orda analiz nəticəsində nəcisdə olan ən cüzi qan izləri və miqdarı aşkarlanır. 


Əgər nəcisdə gizli qan aşkarlansa, deməli bağırsaqda iri polip, şiş və xərçəng vardır. Poliplər sonradan xərçəngə çevrilə bilir. 

Əgər bu test belə müsbət çıxarsa, bundan sonra xəstəyə əlavə olaraq kolonoskopiya təyin edilir. 

Bir çox ölkələrdə kolorektal xərçəngin təyini üçün illik belə skrininqlər aparılır. 


Metodun effektivliyini dəyərləndirmək üçün, alimlər 31 araşdırmanı təhlil ediblər. 

Bu araşdırmalarda 120 min pasiyent iştirak edib. Hər pasiyentin həm FİT testi, həm də kolonoskopiya müayinəsi var idi. 

İştirakçıların 3-də birində FİT müsbət nəticə göstərmişdi, onların kolonoskopiya müayinəsi də FİT-in nəticəsini təsdiqləmişdi: ya polip, ya xərçəng önü vəziyyət, ya da kolorektal xərçəng aşkarlanmışdı. 


Bu analizlər göstərib ki, FİT testi yaşlı insanlarda bağırsaq xərçəngini asan və erkən aşkarlamaq üçün effektiv metoddur və ildə bir dəfə verilə bilər. Əgər 2 dəfə FET testi neqativ  cavab verirsə, demək, sizin hələ heç kolonoskopiyaya ehtiyacınız yoxdur. 

Sadəcə, həkimləri və pasiyentləri bu testlərə sövq etmək və maarifləndirmək lazımdır. 


Çünki bu analiz kolonoskopiyadan daha sərfəlidir.