ABŞ-da təcili yardıma müraciət edən pasiyentlərin maraqlı "gündəliyi” hazırlanıb.
Medicina.az xəbər verir ki, gündəlikdə pasiyentlərin təbii "dəlik”lərində ilişib qalan əşyalarla bağlı məlumatlar toplanıb. Orada "dəlik”lərdə əsasən hansı əşyaların ilişdiyi, həmçinin heç kimin ağlına gəlməyənlər qeyd olunub:
Qulaq - boyunbağı, daraq dəstəyi, vanna üçün tıxac, plastilin, oyuncaq siçan, konselyariya məhsulları, suda həcmcə böyüyən oyuncaqlar, tampon, maşın açarı;
Burun – vitaminlər, pambıq, qoz, saqqız, üzmə çubuğu, ət parçası, seks-oyuncaq;
Boğaz – həqiqi və oyuncaq banan, şam ağacının budağı, duz lampasının duzu, radioqəbuledici, hamam süngəri, dərman bağlaması;
Penis – boru təmizləmək üçün fırça, nazik elektrik naqili, domino, plastik paltar asılqanının bir hissəsi, sim, tualet kağızı;
Vagina – uşaq oyuncaqları, dezodorant qapağı, kürə formalı şüşə suvenirlər, süni dırnaq, makiyaj üçün fırça, şüşə stəkan;
Düz bağırsaq – oyuncaq, yeni il konfetləri, butulka, qəhvə saxlamaq üçün konteyner, dezodorant.
Daha maraqlısı isə xəstələrin bu əşyaların həmin nahiyələrə nə cür girməsinə dair verdikləri izahatlar olub:
• "Qələmi qulağıma mərc edərək salmışam”
• "Hər dəfə duş qəbul edəndə qulağıma tualet kağızı salıram. Bu dəfə çıxara bilmədim”
• "Elektrik naqilini sabunlayıb penisimə saldım”
• "Diş fırçası yataqda idi. Yatağa tullananda düz bağırsağıma girdi”
• "QİÇS-ə yoluxmamaq üçün düz bağırsağıma paltar ağardıcısı vurdum”.
Arzu
Medicina.az