Bəzən çox yorulanda orqanizmin rahatlaşması üçün masaja ehtiyac olur. Masaj salonlarındakı, spa mərkəzlərindəki qiymətlər isə "əl yandırır”. Fərdi masaj edənlər də qiymətlərdə o qədər güzəştə getmirlər.
Medicina.az özünüzün ev şəraitində rahatladıcı masaj etməyiniz üçün 5 ipucunu təqdim edir:
Sakitləşdirici atmosfer yaradın
Bütün telefonları və masaj edəcəyiniz şəxsi narahat edəcək hər şeyi ortadan götürün. Rahat bir mühit yaradıb. Çox sakit bir musiqi, şam, masaj yağı, bir neçə ilıq qətvə bəsinizdir.
Ayaqlardan başlayın
Ayaqlarımız sözün əsl mənasında gərginlik mənbəyidir. Bu səbəbdən bir ayağı masaj etdikdə, azca təzyiq edin. Lakin çox təzyiq etmədiyinizə əmin olun. Daha sonra diz qabağının əks tərəfində nahiyə istisna olmaqla ayaqların arxa tərəfini masaj etməyə başlayıb. Xəfif ovxalayaraq və əzələlərə bir az təzyiq edərək yuxarı doğru hərəkət edin. Bir ayağı bitirdikdən sonra qətvə ilə örtün və digər ayaq üzərində eyni prosedura başlayın.
Barmaqlara diqqət
Əl və qollara masaj edərkən hərəkətləriniz güclü, lakin sürüşkən olmasına diqqət edib. Ovucları dairəvi hərəkətlərlə masaj edir. Hər barmağa ayrı-ayrılıqda diqqət göstərin
Kürək, çiyin və boyun masajı
Ayaqlardan sonra kürəyə doğru hərəkət edin. Burək nahiyəsinə çox təzyiq göstərməyin. Xəfif masaja üstünlük verin. Sonra barmaqlarızla bütün kürəyi və çiyinləri, boyunu masaj edə bilərsiniz.
Baş nahiyəyə masaj
Başın üst hissəsinə xəfif masaj tətbiq etmək üçün baş barmağınızdan istifadə edin. Hər nöqtəyə təxminən 30 saniyə vaxt ayırın.