Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağlanan “Medicare” klinikası avadanlıqlarını satışa çıxardı - FOTOLAR

  • 2024.01.10 10:00
  • 1686 Baxış
Bağlanan “Medicare” klinikası  avadanlıqlarını satışa çıxardı - FOTOLAR
Xəbər verdiyimiz kimi, 21 dekabr 2023-cü il tarixdə paytaxtın Sabunçu rayonunda yerləşən “Medicare” klinikasında 1971-ci il təvəllüdlü Lətafət Məmmədova plastic əməliyyat zamanı dünyasını dəyişib. Bu hadisədən sonra Səhiyyə Nazirliyi "Medicare" klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.

Sabunçu rayon prokurorluğu da hadisə ilə bağlı araşdırmalara başlayıb.


Medicina.az “Unikal”a istinadən xəbər verir ki, bağlanan klinika artıq öz avadanlıqlarını satışa çıxarıb.

Klinika USM (UZİ) aparatlarını 3-4 min manata təklif edir.