Qeyri-düzgün qidalananların bağırsağl müxtəlif xəstəliklərə qarşı həssas olur.
Bakupost.az xəbər verir ki, qastroenteroloq Aleksandra Alisova bağırsağın daxili selikli qişasının sağlamlığının qorunması üçün uyğun dietanı açıqlayıb.
“Bağırsaqları toksinlərdən təmizləmək üçün ən uyğun qidalanma Aralıq dənizi dietasıdır.
Eləcə də aşağıdakı qida komponentlərindən uzaq durmaq lazımdır.
- Şəkər, qənd – bağırsaq bakteriyaları şirini sevir, şəkərdən onlar tez çoxalır.
- Hisə verilmiş, güclü termiki işlənmiş, qatqısı çox olan kolbasa, sosis, vetçina – kanserogen maddələr siyagısına daxildir. Həftədə 500 qramdan artıq qırmızı ət yemək bağırsaq xərçənginə səbəb olur.
- Zərərli yağlar, marqarin, trans yağ, mayonez, salo.
Bağırsaqlara qida lifləri vermək lazımdır. Onlar isə paxlalılarda, ispanaqda, kələm, kök, çuğundur, banan, çovdar çörəyi, göyərtilərdə var. Xüsusən banan çox miqdar inulinlə zəngindir. O, bağırsaq mikroflorasını tənzimləyir.
Aygün Musayeva
BakuPost
Banan xeyirdir?