Alimlər bağırsaqları ikinci beyin
adlandırır və bu, səbəbsiz deyil. Çünki intellekt, yaddaş və əhval-ruhiyyə
birbaşa səhhətimizdən asılıdır.
Medicina.az xəbər verir ki, bağırsaqların
duyğularımız üzərində təsiri farktlarla təsdiq edilib. Hər kəs nə vaxtsa qarnında sanki kəpənəklərin
uçuşduğunu hiss edib. Bu duyğular insan emosiyalarının böyük ölçüdə daxili
orqanlarının vəziyyəti ilə təyin olunduğunu aydın şəkildə göstərir. İnsan
bədənində yaşayan bakteriyaların sayı hüceyrələrin sayından daha çox yüksəkdir.
Bu mikroorqanizmlər bütünlükdə "mikrobiom" adlanır. Bu bakteriyaların
əksəriyyəti bağırsaqlarda yaşayır.
Bağırsaq
yalnız həzm prosesində deyil, eyni zamanda iltihab prosesləri ilə mübarizədə və
immunitetin nizama salmasında əsas rolu oynayır. Bağırsaq -
daxili (enterik) sinir sistemini meydana gətirən 100 milyondan çox neyronları
əhatə edən kompleks bir sistemdir. Daxili sinir sistemi ikinci beyin adlanır,
çünki ana bətnində dölün yetişməsi zamanı mərkəzi sinir sistemi ilə eyni
toxumalardan meydana gəlir.
Daxili
sinir sistemi bir çox funksiyaya nəzarət edir və özbaşına bütünləşmiş bir beyin
olaraq qəbul edilir. Bağırsqlarda spinal kord üzərindəki neyronlardan daha çox
neyron olduğunu təxmin edilməkdədir. Daxili
sinir sistemi ve beyin arasında bir çox kimyəvi paralellik tərtib edilə bilər.
Bağırsaqlar və beyin adətən sinir, immunitet və endokrin əlaqələrlə tez-tez
bağlantı qurur.
Beyin və
bağırsaqlar arasında sıx əlaqəni nəzərə alaraq deyə bilərik ki, bəzən həzm
sisteminin işi ilə bağlı müəyyən amillər emosional və psixoloji simptomlara
gətirib çıxarır. Bu, xüsusilə bağırsağın ciddi səbəblər olmadan özünü
xatırlatdığı zaman nəzərə çarpır.