Kron həzmlə bağlı olan xəstəliklər içərisində ciddi problemlərə səbəb olan, xəstənin həyatını az qala cəhənnəmə çevirən çətin xəstəliklərdəndir.
Medicina xəbər verir ki, 1000 nəfərin 2-də rastlanan bu xəstəlik, əsasən, incə bağırsağın bitdiyi yerə yaxın bölgələrdə özünü biruzə verir. Xəstəliyin səbəbi tam bilinməsə də ətraf aləmin və genetik ünsürlərin təsiri var. Xəstəlik tam sağalmaz və ona dəfələrlə cərrahi müdaxilələr lazım ola bilir.
Kron nazik və qalın bağırsağın birləşdiyi hissələrdə rastlanan iltihablı xəstəlikdir. Qadınlarda kişilərə nisbətən daha geniş yayılıb. Xəstəlik daha çox 35-40 yaşlarında rastlanır. Amma 25 yaşında da Kron xəstələri var.
Əsas əlamətləri bunlardır:
- Qarın hissədə ağrı, sancı, köp
- Temperatur,
- İshal,- gündə bir neçə dəfə
- Qəbizlik,
- Qusma,
- Ürək bulanma,
- Nəcisdə qan
- Anusun ətrafında çatlaq yaranması
- Bədəndə qaşınma
- Oynaqlarda problem
Xəstəliyin azalma və artma periodları var. Xəstəliyin artdığı zamanlarda dərman və ya xüsusi qidalanma ilə müalicə edilir. Bununla yanaşı, bu xəstələrin 50-70 faizi yaşadıqları müddətdə 1 dəfə də olsa cərrahi əməliyyat keçirirlər. Dərmanla müalicədə nəticə olmadıqda buna baş vururlar.
Kron xəstəliyinin yaranma səbəbi tam bilinmir. Aparılan araşdırmalara görə, bu xəstəliyə sahib olan valideynlərin uşaqlarında da rastlama ehtimalı çoxdur.
Bəzi bakteriya və virusların orqanizmə təsiri ilə xəstəliyin yarandığı deyilsə də sübut olunmamışdır. Stressli yaşam tərzinin də kron xəstəliyi üzərindəki təsirləri hələ də araşdırılmaqdadır. Xəstəliyin göstəricilərini bilən kimi mütəxəssis bir həkimə getmək çox önəmlidir.
Əgər sizdə Kron xəstəliyindən şübhə varsa biz sizə bu xəstəliyin müalicəsi üzrə ən yaxşı metodu və ən yaxşı həkimi tövsiyə edə bilərik.
Qeyd edək ki, bir çox həkimlər bu xəstəliyin müalicə olunmadığını deyə bilər və ya sadəcə sakitləşdirici terapiya təyin edə bilər.
Amma Kron xəstəliyinin sağalması üzrə effektiv müalicəsi olan az sayda həkim var.
Vaxt itirmədən MEDkonsiluma müraciət edin:
050 372 77 14