Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqları yeyən “Kron” xəstəliyinin 9 əlaməti – Azərbaycanda çox rast gəlinir

  • 2021.09.15 18:04
  • 2619 Baxış
Bağırsaqları yeyən “Kron” xəstəliyinin 9 əlaməti  – Azərbaycanda çox rast gəlinir

Son 10 ildə dünyada bağırsaqların ən ağır iltihabi xəstəliyi olan Krona rast gəlinmə 6 dəfə çoxalıb.

Daha çox gənc və orta yaş insanları əhatə edir.
Hər 100 min nəfərin 5-də bu diaqnoz aşkarlanır.

Tibb hələ də bu xəstəliyin əsas səbəbinin, tətikləyici amilinin nə olduğunu dəqiq bilmir.
Görünür, stress, zərərli maddələr, qidalar, hava, oturaq həyat öz təsirini göstərir.
Kron bir dəfə diaqnoz olundusa ömürlük qalır. Ona uyğunlaşıb yaşamaq lazımdır.

Onun sağalma müddəti residiv adlanır, yəni proses azalır, sönür, sonra bir balaca problem olan kimi yenidən başlayır.

Medicina.az daha çox bağırsaqları əhatə edən Kron xəstəliyinin 9 əsas əlamətini təqdim edir:

1. Anemiya, qanazlığı

Zəiflik, yorğunluq, başgicəllənmə qanazlığının əlamətidir. Kron xəstəliyi zamanı bağırsaqlarda dəmir, B12, fol turşusu sovrulması pozulur. bu zaman anemiya yaranır. Ona görə son zamanlar dəmir defisitli anemiyadan əziyyət çəkənlər bağırsaqlarını da yoxlatsa yaxşı olar.

2. Oynaqlarda ağrılar

Bu da Kronun əlamətidir. Revmatoloqlar bu ağrıların səbəbini tapa bilmir. Ovuclar, biləklər, çiyində ağrılar olur.

3. Qarında spazm, gərginlik, ağrı

Bunu bəzən qıcqırma, köplə səhv salırlar. Amma müntəzəm olaraq hər gün və səhər-axşam bu ağrılar varsa, həkimə gedin.

4. Uzun müddətli ishal

Kron zamanı həm qəbizlik, həm də ishal ola bilər. Səbəbsiz, davamlı, gündə 3-4 dəfə ishal birbaşa Krona işarə ola bilər.

5. Qarında şişkinlik, “hamilə qarın” sindromu

Bu sadəcə köp deyil. Kron zamanı qarının bir hissəsində bərk şişkinlik yaranır, bu yemiş, qreypfrut boyda ola bilər. O hissəni basdıqda ağrı olur.

6. Gözlərin qızarması

Hər 5 xəstədən birində Kronun göz simtomları olur. Buna uveit, irit aiddir. Gözdə iltihabi proseslər qızartı və axlntı olur.

7. Dəridə ağrılı xoralar, yaralar

Dərinin səthində bədənin müxtəlif hissələrində iri səpkilər, çiban kimi yaralar, kiçik xoralar əmələ gəlir. Bu kronun əsas əlamətidir. Xüsusən qollarda, ayaqlarda.

8. Bədən hərarətinin qalxması

Bağırsaqda kəskin iltihab, yaralar olanda orqanizmin cavabı olaraq hərarət 37,5 - ə kimi qalxa bilər.

Qrip, virus başqa səbəblər olmadıqda qızdırmanın səbəbini bağırsaqlarda axtarmaq olar.

9. Arıqlama, çəki itirmə, əzələ zəifliyi

Əvvəlki qaydada yeyirsiz, amma get-gedə çəkiniz azalır. Bu o deməkdir ki, zədələnmiş bağırsaqlardan qidanın faydalı maddələri sovrulmur, kalorilər bədənə çatmır. Səbəbsiz arıqlayanlar mütləq mədə-bağırsağını yoxlatmalıdır.