Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqları öldürən xəstəlik - Xoşagəlməz simptomlara diqqət

  • 2023.06.08 16:36
  • 1576 Baxış
Bağırsaqları öldürən xəstəlik  -  Xoşagəlməz simptomlara diqqət
Bir çox xəstəliklər var ki, simptomları diqqətə almırıq. Bəzən elə bu simptomlar ciddi ölümcül xəstəliklərdən xəbər verir. Məsələn, bunlardan: qarında gurultu, köp, ağırlıq hissi.


“Medicina” xəbər verir ki, qastroenteroloq, hepatoloq Sergey Vyalovun sözlərinə görə, qarındakı diskomfort hisslərinə məhəl qoymamaq təhləkəlidir. Kolit- bağırsaq hüceyrələrinin daim öldüyü iltihabdır.


“Ölən hüceyrələrin yerinə yeniləri formalaşır, lakin yeniləmə prosesi çox uzun çəkir, bəzən uğursuz olur. Uğursuzluq nəticəsində poliplər, adenomalar, displaziya sahələri formalaşmağa başlayır və sonra onların yerində bədxassəli şiş əmələ gəlir.


Ən azı üç-dörd ay ərzində narahatedici simptomlara diqqət yetirməsəniz, problem ağırlaşa bilər. Bu müddət ərzində kolit xroniki formaya keçir, bağırsaq divarlarının qan dövranının pozulmasına səbəb olur.


Yoğun bağırsaqda iltihab olduqda kolit yaranır və mədənin hər yerində özünü biruzə verir. Vəziyyəti aydınlaşdırmaq üçün kalprotektin üçün analiz aparmaq tövsiyə olunur (immun hüceyrələri tərəfindən ifraz olunur). Sonra kolonoskopiya aparılır, prosedur iltihabın tam olaraq harada olduğunu öyrənməyə kömək edir. Eyni zamanda, səbəbləri öyrənmək üçün biopsiya götürürlər”.

Günay Quluzadə