Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqları məhv edən qidalar – Alman həkimləri

  • 2020.10.16 16:44
  • 3828 Baxış
Bağırsaqları məhv edən qidalar  – Alman həkimləri

Alman qastroenteroloqu Tomas Frilinq bağırsaqların selikli qişasını zədələyən, faydalı bakteriyaları azaldan, immun və sinir sisteminə mənfi təsir edən qidaları açıqlayıb.

Medicina.az xəbər verir ki, həkim həftəyə 350 qramdan artıq qırmızı ət və bir dəfədən artıq kolbasa, sosis yeməməyi tövsiyə edir.


Bağırsaqlarda iltihabi proses, kolorektal xərçəng və qaraciyər yaradan qidalardan kotlet, kartof fri marqarin, salo, mayonez, şəkəri də qeyd edib.


Bağırsaq üçün ən faydalı qida bol lifli qidadır. Bu tam taxıldan qara çörək, balıq, paxlalılar, göyərti və tərəvəzdir.
Kartof sevənlər onu suda və ya közdə bişirib yeməlidir. Qızartma kartof ayda 1-2 dəfə yemək olar.


Bağırsaq üçün super qida duzlu kələmdir. Fermentləşdirilmiş məhsullar faydalı bakteriyaları artırır.