Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqları işlədən təbii qida - Kətan toxumu

  • 2025.02.12 09:05
  • 137 Baxış
Bağırsaqları işlədən təbii qida -  Kətan toxumu

Sağlam qidalanma deyincə ağla gələn super qidalardan biri olan kətan toxumu, tərkibindəki omeqa-3 yağ turşuları, liflər və antioksidanlarla orqanizmə saysız-hesabsız faydalar təqdim edir.

Medicina.az xəbər verir ki, kətan toxumu min illərdir sağlamlıq üçün istifadə edilən qida maddələrindən biridir.Tərkibindəki omeqa-3 yağ turşuları, lignanlar (bitki estrogenləri) və yüksək lif tərkibi sayəsində həzm sistemindən ürək sağlamlığına qədər bir çox fayda təmin edir.

Antioksidant xüsusiyyətləri sayəsində immunitet sistemini gücləndirir və eyni zamanda çəki idarə etməyə kömək edir.

Kətan toxumunun müntəzəm istifadəsi;

Həzm sistemini dəstəkləyir, pis xolesterolu azaldır və hətta dəri sağlamlığını yaxşılaşdırır.

Kətan toxumunun faydaları

1. Həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır

Tərkibindəki yüksək lif sayəsində bağırsaq hərəkətlərini dəstəkləyir və qəbizliyin qarşısını alır.
Bağırsaq florasını yaxşılaşdırır və prebiyotik təsiri ilə həzm sistemini rahatlaşdırır.
Həzm fermentlərinin daha yaxşı işləməsini təmin edərək şişkinlik və qaz problemlərini azaldır.

2. Ürək-damar sağlamlığını qoruyur

Tərkibindəki omeqa-3 yağ turşuları (ALA - alfa-linolenik turşu) sayəsində aterosklerozun qarşısını alır və ürək ritmini tənzimləyir.

Qan təzyiqini aşağı salaraq yüksək təzyiqdən qoruyur.

Pis xolesterolu (LDL) azaldır və damar tıxanıqlığı riskini azaldır.

3. Arıqlamağa kömək edir

Toxluq hissini artırır.

Qan şəkərini normada saxlayır.

Bağırsaqları aktivləşdirərək ödemi aradan qaldırmağa və çəkiyə nəzarət etməyə kömək edir.

4. Hormonları tənzimləyir və qadın sağlamlığını dəstəkləyir

5. Dərinin və saçın sağlamlığını yaxşılaşdırır

Dərini nəmləndirir və qocalma əlamətlərini azaldır.
Ekzema, sızanaq və sədəf kimi dəri xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Saç köklərini qidalandırır, saç tökülməsinin qarşısını alır, daha parlaq və sağlam saçlara sahib olmanızı təmin edir.




Kətan toxumu necə yeyilməlidir?

Onu üyüdüb qatığa, salatlara və şorbalara əlavə etmək olar.

Çörək, tort və peçenyelərə əlavə edilərək yeyilə bilər.
Gündə 1-2 yemək qaşığı kifayətdir; Həddindən artıq yemək həzm problemlərinə səbəb ola bilər.

Aygün
Medicina.az