Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqları "fırça kimi" təmizləyən salat.

  • 2023.06.12 11:10
  • 3313 Baxış
Bağırsaqları "fırça kimi" təmizləyən    salat.
Bağırsaqlar orqanizmin əsas həyat mənbəyi hesab edilə bilər. Onların təmizlənməsi, insanın həyat fəaliyyətini artırır.

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Marqarita Korolyovanın sözlərinə görə, çiy çuğundur, kök və ağ kələmdən ibarət salat bağırsaqları təmizləyir.


“Bağırsaqları bir çox cəhətdən etibarlı şəkildə fundamental adlandırmaq olar. Axı, bu orqan xaricdən gələn qidanın son emalına, çürümüş məhsulları faydalı komponentlərdən ayırmağa və sonuncunu ətraf mühitə atmağa xidmət edir.

Bağırsaqların toksinlərdən azad edilməsi prosesi nə qədər yaxşı olarsa, bir o qədər bütün orqanizm yaxşı işləyəcək.

Həzm orqanlarının yaxşı işləməsi üçün qaba pəhriz lifi olan tərəvəzlər yemək lazımdır: şalgam, turp və göyərti.

Lif təkcə bağırsaq florası üçün ən yaxşı müalicə deyil. Tərəvəz lifləri həm də bağırsaqlar üçün bir fırçadır, bunun sayəsində həzm olunmamış qida qalıqlarından təbii şəkildə ayrılır”.

Aynurə Məmmədova