Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqlarda poliplər təhlükəlidirmi? - Şiş xəstəliyindən qorunma yolları

  • 2022.03.14 16:30
  • 4549 Baxış
Bağırsaqlarda poliplər təhlükəlidirmi?  - Şiş xəstəliyindən qorunma yolları


Mart bütün dünyada düz və qalın bağırsaq xərçəngi ilə mübarizə ayıdır.

Hazırda bu orqanda şiş süd vəzi, prostat və mədə xərçəngindən sonra 4-cü yerdədir.

2020-ci ildə dünyada 1,9 milyon insanda bağırsaq xərçəngi aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu xəstəliyi erkən mərhələdə aşkarlamaq və tez müalicəyə başlamaq üçün bəzi simptomlara vaxtında fikir vermək, 40 yaşdan sonra 4-5 ildən bir kolonoskopiyadan keçirilməlidir.

Kolorektal şişləri artıq orta, ağır mərhələdə simptomlarla görmək olur: qarında ağrılar, şişkinlik, qanlı nəcis, anemiya.

Düz bağırsaqda şiş çox uzun müddətə inkişaf edir. Ona görə 45 yaşdan sonra 3-4 ildən bir kolonoskopiya olunmaqla xərçəngönü vəziyyəti aşkar etmək olar.

80% hallarda bağırsaq xərçənginin xəbərçisi xoşxassəli adenomatoz poliplərdir – onları vaxtında aşkarlamaq, xəstəliyin qarşısını almaq deməkdir.

Polip varsa, onları götürmək ən effektiv mübarizə yoludur. Əgər poliplər qaralarsa, ən geci 8-10 ilə bədxassəliyə çevrilə bilər.


2-ci vacib məqam irsi, genetik amillərdir. Nəslinizi, qohumlarınızın anamnezini araşdırın. Əgər kimdəsə belə xəstəliklər olubsa, siz risk qrupundasız.


Xəstəlik daha çox 45-55-75 yaş arası çoxalır, rast gəlinir. Qadınlarda daha çox olsa da, onlar kişilərə nisbədən bu xəstəlikdə daha uzunömürlüdür.

Eləcə də bağırsaqlarında digər iltihabi xəstəliklər olanlar – adenomatoz polipoz, Kron, kolit, xora xəstələri də risk qrupundadır.

Bəzi genetik yoğun bağırsaq xəstəlikləri, Peyts Yegers, Qardner, Türko, Kronkayt-Kanada sindromlarında da bədxassəli gedişat ola bilər.

Çox siqaret çəkənlər, qırmızı qızarmış ət, sosis-kolbasa yeyənlər, oturaq işdə çalışanlar və piylənməsi olanlarda da bu xəstəlik geniş yayılıb.


Aygün M.
Bakupost