Bağırsaqlarda yaranan poliplər zamanla xərçəngə çevrilə bilər.
Poliplər daxili səthində bir neçə millimetrdən bir neçə santimetrə qədər olan kiçik şişlərdir. Onlar müxtəlif formalarda olur: bəziləri göbələkvari, bəziləri “oturaq”, bəziləri isə demək olar ki, tamamilə düzdür.
“Medicina” xəbər verir ki, onkoloq Pavel Çernıxın sözlərinə görə, bir çox poliplər zərərsizdir, lakin zaman keçdikcə, onlardan bəziləri bağırsaq xərçənginə çevrilir və şişə qabaqcıl mərhələdə diaqnoz qoyularsa, xəstə xilas edilə bilər.
“Hər kəsdə polip yarana bilər, lakin yaşı 50-dən yuxarı, artıq çəkisi olan, mütəmadi olaraq, yağlı qidalar qəbul edən, siqaret çəkən, genetik meyli olan insanlarda polip əmələ gəlmə riski daha yüksəkdir.
Bağırsaq polipləri olan bir çox insanda xüsusi simptomlar yoxdur. Bəzi hallarda qeyri-spesifik simptomlar müşahidə edilə bilər.
• Bağırsaqlardan qanaxma
• Nəcisin rənginin dəyişməsi: qan qırmızı zolaqlar şəklində görünür və ya nəcis çox tünd qırmızı olur
• Bağırsaq vərdişlərində dəyişikliklər: məsələn, bir neçə gündən çox davam edən qəbizlik və ya ishal baş verir
• Ağrı: Polip böyüyərsə, bağırsağı qismən bağlaya və qarın sancmalarına səbəb ola bilər
• Dəmir çatışmazlığı anemiyası
Poliplərdən ən təhlükəlisi 10 mm-dən çox olan və hüceyrələrinin yüksək dərəcədə displaziyası olan poliplərdir.
Günay Quluzadə