Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaqda polip təhlükəlidir - Həkim

  • 2023.01.17 18:38
  • 2127 Baxış
Bağırsaqda polip təhlükəlidir  - Həkim

Poliplərin növləri müxtəlif olur. Onlardan bəziləri təhlükəli sayılır. Vaxt keçdikcə bu poliplər uzun müddət müalicə olunmazsa bir çox hallarda xərçəngə çevrilə bilər.

"Medicina" xəbər verir ki, qastroenteroloq-endoskopisti Rəfael Həsənov məlumat verib.

Həkim bildirib ki, böyük ölçüdə olan poliplərin (2 sm və bundan yuxarı) xərçəngə keçməsi riski daha çoxdur. Düz bağırsaq xərçəngi digər xərçəng növləri arasında bütün dünyada ilk yerlərdən birini tutur. Bu səbəbdən bağırsaq poliplərin vaxtında aşkar olunması və xaric olunması düz bağırsaq xərçənginin yayılmasını azalda bilər.

Rəfael Həsənov əlavə edib ki, bağırsaq poliplərinin bəzən gizli getdiyini nəzərə alsaq, yaşı 45-50-dən böyük olan bütün insanlar vaxtaşırı olaraq kolonoskopiya müayinəsindən keçməlidir.