Polip öd, mədə-bağırsaq, uşaqlıqda rasr gəlinən çıxıntılı xoşxassəli törəmələrdir.
“Medicina” xəbər verir ki, onkioloq Arkadiy Bedcanian bağırsaqda poliplərin vaxtında aşkar olunmasını vacib hesab edir.
Bu, kolorektal xərçəngin profilaktikası üçün mütləqdir.
“Polip elə polip olaraq qala da bilər, gələcəkdə müəyyən təsirlərdən xərçəngə də çevrilə bilər.
Polipin diaqnostikası kolonoskopiya ilə edilir.
Amma bəzi əlamətlər də polipdən xəbər verə bilər:
- Tualetə gedərsən qan izləri
- Nəcisin rənginin qaralması
- Qarında daim bir ağrı hissinin olması
- Defekasiya ritminin dəyişməsi
- Səbəbsiz çəki itkisi, yorğunluq
Əgər kimsə, özündə bu əlamətləri hiss edirsə, həkimə yazılsın.
Polipi xərçəngə çevirən faktorlar: 50 yaşdan yuxarı yaş, nəsil anamnezi, siqaret, içki, bağırsaq iltihabı, qidalanma, ekologiya və s”.
Polipləri vaxtında götürmək üçün 40 yaşdan 2 ildən 3 ildən bir kolonoskopiyadan keçmək məsləhətdir.
Aygün Musayeva