Yoğun bağırsaqda ağrılı spazm, sanki nəsə ciddi problem varmış kimi hiss 2 səbəbdən ola bilər: psixoloji və fiziki.
“Medicina” xəbər verir ki, onkoloq Arkadiy Bercinin insanı narahat edib, yüz fikrə salan bu problemin sonda qıcıqlanmış bağırsaq sindromu, nəcis və sidik saxlaya bilməməyə səbəb olduğunu bildirib.
“Qarında spazm həmişə insana təşviş yaşadır. Qarının aşağı hissəsində sancı bəzən birtərəfli olur. Bu xəstələrdə bağırsağın tam boşalmaması hissi olur, gah ishal, gah qəbizlik yaşayırlar.
Mümkün səbəblər içində 3 tibbi səbəb var.
Bağırsağın iltihabi patologiyaları – Kron, kolit, xora və diverkulit xəstəliyi.
Qan damarlarında qan dövranında pozulma- bağırsaqda da onlar çoxdur. Ordakı damarlarda da tıxanma və işemiya ola bilər.
Eləcə də spazmın səbəbi psixolojidir. Təşviş, stress, emosional gərginlik, psixoloji problemlər bağırsaq aktivliyinə təsir edir, orda əzələləri daim gərgin saxlayır.
Ona görə xəstə həm tibbi, həm psixoloji yoxlanmalıdır”.
Aygün Musayeva