Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaq yuyulmasından ölən xəstə ilə bağlı həkimdən açıqlama – “Yazılanlar həqiqəti əks etdirmir”

  • 2025.02.04 18:34
  • 427 Baxış
Bağırsaq yuyulmasından ölən xəstə ilə  bağlı həkimdən açıqlama  – “Yazılanlar həqiqəti əks etdirmir”


Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanovun özəl kliniikada bağırsaqlarının yuyuılmasından sonra ölməsi barədə xəbərlərdə adı çəkilən həkim hadisə barədə açıqlama verib.

“Medicina” xəbər verir ki, qastroenteroloq Ləman Xasıyeva “Medilife” klinikasında pasiyent Ceyhun Süleymanovun müayinəsi və ölüm səbəbi barədə bunları bildirib.

“İlk öncə mərhum Süleymanov Ceyhun Akif oğluna Allahdan rəhmət və ailəsinə səbr diləyirəm.


21.01.2025-ci il tarixdə Süleymanov Ceyhun Akif oğlu ikinci digər iş yerim olan “Stimul” Hospitala müraciət edərək mədə-bağırsağının endoskopik yolla müayinə olunmasını istəmişdi. Mən xəstəyə bildirdim ki, bu prosesi hazırda narkozsuz həyata keçirdə bilərik.

Çünki “Stimul” Hospitalda həmin vaxtı anestezioloq (narkoz həkimi) olmamışdır. Xəstə isə israrla bildirdi ki, mən narkoz vasitəsi ilə yoxlanmaq istəyirəm.

Bundan əvvəl Sabunçu xəstəxanasına da müraciət etdiyini, lakin orada da narkozsuz olduğu üçün razılıq verməmişdir. Mən isə məcbur olub “Medilife” klinikasına getməyi və orada yoxlanmağı məsləhət gördüm. Və özüm də ora getdim.


“Medilife” klinikasında xəstə tibb bacıları tərəfindən imalə (bağırsağın yuyulması) edilib ki, endoskopik yolla müayinəyə hazırlansın.
Süleymanov Ceyhun Akif oğluna sonrakı tibbi xidmət anestezioloq həkim tərəfindən göstərilib.

İlkin olaraq anestezioloq həkim xəstənin təzyiqini, ürək döyüntülərini müayinə etdi . Xəstəyə anesteziya verildi. Mənim işim isə yalnız xəstəni endoskopiya (el arasında zond ilə müayinə) yolu ilə müayinə etməkdən ibarət olub.

Tərəfimdən xəstə müayinəyə hazır olduğu vaxt zond ilə müayinəyə başlanılmış, baxışdan təxminən 20-25 saniyə sonra anestezioloq həkim, xəstənin halının pisləşməsini bildirərək prosesi dayandırmağı məsləhət gördü.

Mənim tərəfimdən dərhal müayinə dayandırılmış, anestezioloq isə xəstəyə təcili tibbi təxirəsalmaz yardımlar göstərmişdir. Buna baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır.
Hazırda mətbuatda haqqımda gedən yazıların heç biri həqiqəti əks etdirmir, hadisə prokurorluq orqanları tərəfindən araşdırılır və xəstənin ölüm səbəbi ekspertizanın nəticəsində bəlli olacaqdır”.

MEDİCİNA.AZ


Aygün M
Medicina.az



Bağırsaq yuyulmasından ölən xəstə ilə  bağlı həkimdən açıqlama  – “Yazılanlar həqiqəti əks etdirmir”