Həddən artıq çox qırmızı ət yemək bağırsaq xərçənginə səbəb olur.
Medicina.az xəbər verir ki, bu barədə onkoloq İvan Karasev yazıb.
Onun sözlərinə görə, ABŞ Dana Farber onkoloji institutunun alimləri sübut ediblər ki, həftədə 4 dəfə rasionda qırmızı ətin olması yoğun bağırsağın hüceyrələrinə neqativ təsir edir və orda mutasion siqnaturlar yaradır.
900 nəfər
bağırsaq xərçəngi olan pasiyentin DNT-sini araşdıran alimlər təyin edib ki, menyusunda qırmızı və xüsusən qızarmış ət olan insanlarda bağırsaq zədələnməsi iki dəfə çox rast gəlinib. Bu zaman insanların həyat tərzi və digər vərdişlərinin heç bir təsiri olmayıb.
Bağırsaq hüceyrələrinin DNT-nin belə zədələnməsi xəstələrin 50%-nin ölümü ilə nəticələnir.
Hər bir şəxs 45 yaşdan sonra hər 5 ildən bir bağırsaq xərçənginə görə müayinələrdən keçməlidir.