Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaq xərçəngindən qorunmaq üçün nə etməli? – ALİMLƏRDƏN

  • 2021.10.16 16:01
  • 3049 Baxış
Bağırsaq xərçəngindən qorunmaq üçün nə etməli?  – ALİMLƏRDƏN

35% hallarda bağırsaq xərçənginin səbəbi həyat tərzi, zərərli vərdişlər, pis qidalanmadır.

Medicina.az xəbər verir ki, avstriyalı alimlər bu amansız xəstəliyə qarşı sadə profilaktik üsulları açıqlayıb.

Xərçəngə tutulmamaq üçün alimlər yüksək miqdarda lifli qidalanma pəhrizinə keçməyi tövsiyə edir.

Bpyüklər gündə 30-40 qram lifli qida yeməlidir. Liflər buğdada, sıyıqlarda, yoqurt, yulafda boldur.

Süd məhsulları, kəsmik və kofe də bu barədə kömək edə bilər.

Eləcə də bağırsaqlara Omeqa 3 vermək lazıçmdır. Bu isə balıq yağında olur.

Qırmızı ət, qızarmış ət az yeyilməlidir.

Energetik içki, qazlı şirin içkilər də bağırsaq xərçəngi yaradır.

Gündə yarım litr belə şirələr içən insanlarda bağırsaq şişləri 2 dəfə çox rast gəlinir.