Hazırda Azərbaycanda 50 yaşdan sonra kişi və qadınlarda çox rast gəlinən şişlərdən biri də bağırsaq, yoğun bağırsaq xərçəngidir.
Bu xəstəlik çox gec aşkarlanır. Çünki bağırsaqlar uzun və iri orqandır, orda ağrı, köpü insanlar çox zaman diqqətə almır, yanma hissinə fikir vermir.
Və ən əsası bağırsaqlarda şiş özünü ən son ana qədər biruzə vermir, simptomsuz keçir.
Medicina.az yoğun bağırsaq xərçənginin kimlərdə niyə və necə əmələ gəlməsini təqdim edir.
Bağırsaq xərçəngini tətikləyən triggerlər, səbəblər hansıdır.
Əksər hallarda xərçəng yoğun bağırsaq və düz bağırsaq seqmentində olur.
Bağırsağın ən uzun hissəsində onkoloji proses yuxarılara doğru gedə bilər.
Düz bağırsaqda olan şiş isə anusa kimi çatır.
Avropada bağırsaq xərçəngi 2-ci yerdədir.
Hər 20 kişidən biri, hər 35 qadından birində həyatın müəyyən mərhələsində bu xəstəlik aşkarlanır.
100 min əhalisi olan şəhərdə hər 100 mində 40 bağırsaq xəstəsi olur.
Bu xəstəlik daha çox sənaye inkişaf etmiş iri şəhərlərdə, rayonlarda, şəhər adamlarında olur. Pasiyentlərin 50%-i yaşı 60-dan yuxarı oalnlardır.
Amma ildən-ilə bu xəstəlik cavanlaşır və 45 yaşda da xəstələr var.
Risk faktorları
Bu günə kimi bağırsaq xərçənginin inkişaf mexanizmi çözülməyib. Səbəblər çoxdur.
- Yaş- 60-yaşdan sonra artır, 70-yaşda pik həddə çatır. Ona görə yaşı 50-ni keçmiş hər bir şəxs 5 ildən bir bağırsaqları yoxlatmalıdır
- Bağırsaqda poliplərin olması. adenomalar. Onlar əslində xoşxassəli olsalar da zamanla onkoloji şişə çevrilə biər.
- Xəstədə genetik olaraq nəsildə bu xəstəliyin olması
- Digər bağırsaq xəstəlikləri
- Başqa orqanlarda şişlər, qadınlarda ginekoloji
- Kolit, Kron kimi iltihabi xəstəliklər sonra onkoloji prosesə çevrilə bilər. Bu heç də hamıda olmur
- Qeyri-sağlam həyat və qidalanma –çox oturanlar, siqaret çəkənlər, içki, fast food qidalananlar, trans yağlar, kolbasa, sosis, qırmızı ət, qızarmış yemək, qazlı içkilər və s.
- Şəkərli diabet xəstələri
Xərçəng riskini nə azaldar?
- Sağlam qidalanma, meyvə, tərəvəz, təmiz su, təmiz taxıl
- Fiziki aktivlik
- Stresdən uzaq həyat
- Vaxtında müayinə olunub müalicə almaq
Sadalanan faktorlar ayrlıqda mütləq bağırsaq xərçəngi yaratması barədə dəqiq söz demək olmaz. Amma hansısa faktor orqanizmdə mexanizmi işə salır və bağırsaq hüceyrələrində mutasiyalar yaranır.
Bağırsaq xərçənginin əlamətləri
- Bağırsaqdan qanın gəlməsi – vaxtından, rəngindən, mütəmadiliyindən asılı olmayaraq, qan gördünüzsə, yoxlanmalısız
- Xroniki qəbizlik, ishal
- İnsanda qanazlığının yaranması və dərinləşməsi
- Nəcisin rəngi, tərkibi, formasının dəyişməsi
- Qarında xoşagəlməz ağrı, sancı, şişkinlik
- Düz bağırsaqdan adi halda da qəribə axıntının gəlməsi
- Yorğunliq, arıqlama, dərinin ağarması
Bağırsaq xərçənginin müalicəsi
Bu gün əsas müalicə əməliyyatla şiş və yaxın metastazların götürülməsidir.
Eləcə də limfa düyünləri götürülməlidir. Cərrah müasir texnologiyaları bilməlidir.
Limfa düyünlərə metastaz olduqda kimyaterapiya edilir. Xəstəlik nə qədər tez aşkar olunub əməliyyat edilsə, xəstənin xilas olma şansı 90%ə çatır.
Baki
Salam menim yoğun bağırsağa da kilitler var kulnskupiya olunubdu hekimler hecne demediler mualicede yazmadilar amma yungul ağırı var çox vaxt necis qalanda olur,hemde ayaq yoluna gec gedende qan zat yoxdur, yarının ustende baxtilar icerdende, bilmirem hekimler niye mualice yazmayib dediler citdi bir şey yoxdur