Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın ilginc yolu: qarın masajı

  • 2024.07.25 17:31
  • 2137 Baxış
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın ilginc yolu:  qarın masajı
Qarın masajı həzmi yaxşılaşdırır və şişkinlikdən xilas olmağa kömək edir.

Medicina.az xəbər verir ki, bu barədə amerikalı dietoloq və tibb elmləri doktoru Emili Spurlok “Health News”a bildirib.

Həkimin sözlərinə görə, saat əqrəbi istiqamətində yumşaq masaj bağırsaq hərəkətlərini stimullaşdırmağa və qəbizliyi aradan qaldırmağa kömək edir.

“Öz-özünə masaj qaz meydana gəlməsini, şişkinliyi və krampları aradan qaldıra bilər”, - deyə həkim bildirib.

O izah edib ki, qarın nahiyəsindəki toxuma və orqanlara orta mexaniki təsir xüsusilə stress zamanı faydalıdır:

“Yüksək səviyyəli psixoloji stress həzm traktının əzələlərinin kontraktil fəaliyyətinin pisləşməsinə və defekasiya gecikməsinə səbəb ola bilər”.

Həkimin sözlərinə görə, istənilən effekti əldə etmək üçün özünə masajı bir neçə seans təkrarlamaq lazımdır.
Prosedur arxa üstə uzanaraq, qabırğalara doğru dərini aşağıdan yuxarıya basaraq aparılmalıdır. Bundan sonra, dietoloq dairəvi hərəkətlərə keçməyi tövsiyə edir.

“Saat əqrəbi istiqamətində masaj etmək vacibdir, çünki bu, bağırsaqların "burulduğu" istiqamətdir.
Dəriyə çox və ya uzun müddət təzyiq etmək tövsiyə edilmir - 10-15 dəqiqə masaj kifayət edəcəkdir”, - deyə mütəxəssis qeyd edib.


Aysel