Bağırsağın sağlamlığı ilk 2 yaş yarım zamanı qidalanmadan asılıdır.
“Medicina” məlumatına görə, Böyük Britaniya alimlərinin araşdırması göstərib ki, insanın həyatının ilk min günü sağlam bağırsaq bakteriyalarının formalaşması üçün əsas dövrdür.
Onlar hesab edirlər ki, sağlamlığa müsbət təsir edən bağırsaq mikroflorasının inkişafı ilk növbədə həyatın ilk 2,5 ilində ana südü ilə qidalanmaqla kömək edir. Uşağın həyatının ilk 2,5 ilində necə qidalanması sağlam bağırsaq bakteriyalarının böyüməsi və formalaşması üçün vacibdir.
Alimlər 913 uşaqdan toplanmış nəcis nümunələrini təhlil ediblər. Bu təhlil təsdiq etdi ki, həyatın ilk illərində ana südü ilə qidalanma, allergiya və piylənmə kimi bir çox xəstəliklərin riskinin azalması ilə bağlıdır.
Əgər uşağın ömrünün 2,5 ilində ana südü ilə qidalandırmaq mümkün deyilsə, körpəyə ana südü ilə qidalandırıcı maddələr olan süd qarışıqları, həmçinin bifidobakteriyaları olan probiotiklər verilməlidir.
Tədqiqat göstərib ki, 3 yaşlı uşaqlarda bağırsağın bakterial florasının tərkibində belə ciddi dəyişikliklər artıq baş vermir. Mütəxəssislər bağırsaq sağlamlığı üçün vacib olan həyatın ilk 2,5 ilinin dövrü olduğunu vurğulayırlar.
Günay Quluzadə