Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsaq floranızı bəsləyən super qidalar - Mütəxəsssi açıqladı

  • 2021.05.28 13:48
  • 1598 Baxış
Bağırsaq floranızı bəsləyən super qidalar -   Mütəxəsssi açıqladı
Bağırsaq sağlamlığımızı qorumaq çox önəmlidir. Orqanizmin ikinci beyni sayılan bağırsağı sağlam saxlamaq üçün yediyimiz qidalara xüsusi diqqət etməliyik.

Medicina.az xəbər verir ki, diyetoloq Dilara Koçak bağırsaq sağlamlığını qoruyan qidaların adlarını açıqlayıb:

Bağırsaq floranızdakı tarazlıq vücudumuzun düzgün çalışmasında önəmli rola malikdir.
Prebiotiklər bağırsağınızdakı “dost” bakteriyaları bəsləyən diyet lifləri olaraq bilinir.


Bəs prebiotik tərkibli qidalar hansılardır?



Soğan-sarımsaq

Soğan və sarımsak bir çox insan tərəfindən təbii antibiotik kimi tanınır. Antioksidan, antiinflamatuar özəlliklərinə görə sağlamlığımıza bir çox faydaları vardır. Eyni zamanda xəstəlik riskini artıran bakteriyaların böyüməsinin qarşısını alır.

Qulançar

Qulançar həzm sistemini və vücudunuzdakı qlükoz və insulin səviyyələrinin qorunmasına kömək edər. Qulançarın ən güclü antioksidanlardan biri olduğunu da unutmayın.

Alma

Vitamin, mineral və antioksidan qaynağı alma lif, C və K və bəzi B vitaminləri tərkiblidir.

Stresə qarşı təsirlidir

Edith Cowan Universitetində aparılan araşdırmada gündə ən az 470 qram meyvə və tərəvəz tükətənlərin 230 qramdan az tükətənlərlə müqayisədə 10 faiz daha aşağı stress səviyyəsinə sahib olduğu sübut edilib.

Mütəxəssislər meyvə və tərəvəzlə zəngin pəhriz listinin zehni sağlamlığa da təsirinin olduğunu deyirlər.

Uzun müddətli davam edən stres ürək, diabet, depressiya kimi xəstəliklərə yol açar.

Qeyd edək ki, ÜST gündə ən az 400 qram meyvə və tərəvəz tükətimini məsləhət edir.