Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsağında iri toyuq sümüyü qalan gənc əməliyyat olundu

  • 2019.10.22 16:47
  • 4086 Baxış
Bağırsağında iri toyuq sümüyü qalan gənc əməliyyat olundu
25 yaşlı kişi xəstəxanaya təcili yardımla qarnında kəskin ağrılar, ürəkbulanma ilə gətirilib. 


Həkimlər komputer tomoqrafiyası zamanı nazik bağırsağın deşilməsi və bərk, iri yad cismi aşkarlayır. İnfiltrasiya əlamətləri olduğundan xəstə təcili əməliyyata alınır.


Medicina.az xəbər verir ki, Moskvada baş verən hadisədə xəstənin bağırsağında ilişmiş toyuq sümüyü çıxarılıb. Perforasiya tikilib, sanasiya aparılıb.

 

Əməliyyatdan 5 sutka sonra xəstə normal həyata qayıdıb.