Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağırsağın ən ağır xəstəliyi – Kronun erkən əlaməti

  • 2023.12.19 18:22
  • 1124 Baxış
Bağırsağın ən ağır xəstəliyi  – Kronun erkən əlaməti


Kron – həzm sisteminin autoimmun xəstəliyidir. Bu zaman bağırdsaq hüceyrələri özü özlərinə düşmən kəsilir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Nataliya Naumova kronun səbəbləri və ilkin əlamətlərini açıqlayıb.


“Bu xəstəliyin səbəb və inkişaf mexanizmi çox mürəkkəbdir. Əsas triggerlər: siqaret, alkoqol, dərmanlar, stress və genetikadır.

Əsas simptomları:

- Qarında tutma şəkilli ağrılar
- Diareya, ishal – gündə 4-5 dəfə

- Nəcisdə qan
- Arıqlama, iştahsızlıq

- Oynaq, dəri, gözlərin zədələnməsi

Simptomlar uzun müddət, yavaş inkişaf edir, ağırlaşmalara səbəb olur: bağırsaq keçməməzliyi, abseslər, qonşu orqanların iltihabı, gözlərdə problem, anal çatlar və s.

Bu xəstəliyin tam müalicəsi və xüsusi effektiv dietası yoxdur.

Amma bəzi qidalar var ki, simptomları kəskinləşdirir: bunlar acı, yağlı qidalar, taxıl məhsulları, kofein, alkoqol, bəzi meyvələrdir.


Belə xəstələrə zülal əsaslı qidalanma lazımdır.

Xəstələr aşağıdakı qidalardan uzaq durmalıdır:

- Alkoqol, pivə
- Qazlı içkilər
- Marqarin, mayonez
- Qəhvə, çay, şokolad
- Yağlı, qızartma yemək
- Göyərti
- Qarğıdalı
- Paxlalılar
- Çiy tərəvəz, çiy meyvə
- Acı istiot

Aygün Musayeva