"Bağçalar bağlansaydı, daha yaxşı olardı”.
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, bağçalarda virusu uşaqlar asanlıqla bir-birinə keçirdə bilər:
"Kiçik yaşlı uşaqlarda bir o qədər də təhlükə yoxdur. 10 yaşına kimi uşaqlar koronavirusu ağır keçirmirlər. Amma uşaqlar bağcada bir-birindən virusa yoluxa bilərlər. Nəticədə uşaqlar virusu valideynlərinə və digər ailə üzvlərinə yaya bilərlər”.