Badımcanın tərkibində şəkər, zülallar, yağlar, kalium, kalsium, natrium, maqnium, fosfor, brom, xlor, aliminium və s var.
Mütəxəssislər, dietoloqlar badımcanın orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, onun tərkibi liflərlə, pektin və digər dietik maddələrlə zəngindir. Bu maddələr orqanizmdən xolesterinin azalmasına və artıq qidaların xaric olunmasına səbəb olur.
Badımcandan hazırlanan yeməklər ateresklerozun, ürəyin işemik xəstəliklərinin, öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur.
“Medicina” xəbər verir ki, son araşdırmalarda badımcan saplağının badımcan qədər faydalı olduğu aşkarlanıb. Türk həkim Fevzi Özgenyul badımcan sapının faydalarından danışıb.
Həkim qeyd edib ki, əksər insanlar tərəfindən bilinmədiyi üçün kəsilmiş və zibil qutusuna atılan badımcan sapının çox vacib faydaları var. Saplaqlar zəngin vitamin və mineral tərkibi sayəsində xəstəliklərlə mübarizə aparmağa kömək edir.
“Badımcan saplağında mövcüd olan C vitamini dəriyə parlaqlıq verir və tənəffüs xəstəliklərindən qoruyur. Təbii nikotinlə siqareti buraxmaq istəyən insanlar üçün də rahatlıq təmin edir.
İspanaqdan sonra ən zəngin dəmir tərkibli tərəvəz olan badımcan sapı yorğunluğu aradan qaldırır və dəmirin udulmasına kömək edir.
İnsulin müqavimətini tarazlaşdırır.
Antioksidantlarla zəngin olduğu üçün toksinlərin bədənimizdən çıxarılmasını asanlaşdırır”.
Həkim, badımcan saplağı ilə resepti də paylaşıb:
“ 10 badımcan saplağı, 12 stəkan su, 1/2 stəkan limon suyu, 1 çay qaşığı duz lazımdır. Qeyd edilən məhsulları qazanda hazırlayıb qəbul edə bilərsiniz”.
Xanım