Noyabrın 2-də Bakı Ekspo Mərkəzində III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) başlayıb.
Medicina.az xəbər verir ki, noyabrın 3-ü və 4-ü də davam edəcək sərgidə tibbi ləvazimatlar, cihazlar, avadanlıqlar, xidmətlər nümayiş etdirilir. Sərgiyə ümumilikdə 14 ölkədən 100 şirkət qatılıb.
Arash Medical Company-nin stendinin qarşısında yaşanan izdiham diqqət çəkib. Məlum olub ki, şirkətlər qrupuna daxil olan “Badam Medical Center” tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar sərgidə ödənişsiz göz müayinələri təşkil edib.
Tibb müəssisəsinin İnkişaf və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgürün verdiyi məlumata görə, ödənişsiz göz müayinəsi günləri noyabrın 3-ü və 4-ü də klinikanın oftalmoloqları tərəfindən davam etdiriləcək. Gözündən şikayəti olan hər kəs Baku Ekspo Mərkəzinə gələrək M220-cü stendə yaxınlaşıb müayinələrdən keçə bilər.