Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“BADAM” Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO

  • 2023.05.19 19:32
  • 3881 Baxış
“BADAM” Medical Centerdə eyni gündə  3 körpəyə unikal əməliyyat! -FOTO
Paytaxtda yerləşən “Badam Medical Center” klinikasında yeni doğulmuş körpələr üzərində unikal əməliyyat icra edilib. Əməliyyatı Uzman doktor, vitreoretinal cərrah Anar Rəhimov icra edib.

Medicina.az bildirir ki, bu barədə klinikanın həkimi, məşhur anestezioloq Turana Rəsulova sosial şəbəkədə paylaşım edib.


Anestezioloqun paylaşdığı şəkillərdən aydın olur ki, əməliyyat üç uşaq üzərində aparılıb. Paylaşımın sosial şəbəkələrdə böyük maraq doğurduğunu nəzərə alaraq, Turana doktor və əməliyyatda yaxından iştirak edən oftalmoloq Günel Ağayeva ilə əlaqə saxlayıb, bununla bağlı bəzi suallara cavab aldıq.


Turana Rəsulova qeyd etdi ki, sözü gedən əməliyyat yarımçıq doğulmuş uşaqlarda gözə gələn sinirin, retinanın zədəli olması ucbatından gələcəkdə yarana biləcək qüsurun, tamamilə görmə əngəlli olmanın qarşısınının alınması üçün edilir. Uşaqlar həm yeni doğulmuş, həm də yarımçıq doğulduğundan əməliyyatın ciddiyyəti xeyli artır. Bu halda mükəmməl cərrahla yanaşı, bir o qədər də mükəmməl anesteziya prosesinə və bütünlükdə bir komanda işinə ehtiyac var.

Bu əməliyyatın icra edilməməsi halında, uşaqlar bir neçə ay sonra görmə qabiliyyətini tamamilə itirir və ən pisi də budur ki, bu prosesin geriyə dönüşü yoxdur, yəni korluq aradan qaldırıla bilmir.
“Bəs yarımçıq doğulmuş körpələrdə bu halın olduğunu necə müəyyən etmək olar?” sualına həkim oftalmoloq Günel Ağayeva cavab olaraq bildirdi ki, bu yalnız hərtərəfli yoxlanmalarla təyin edilə bilər. Uşaq yeni və yarımçıq doğulmuş olduğundan valideynlərin bu çatışmazlığı hiss etməsi mümkün deyil. Ona görə də, vaxtından əvvəl və çatışmazlıqla doğulan bütün körpələr retina sinirlərinin müvafiq yoxlanışı həyata keçirildikdən sonra evə buraxılmalıdır.


Həkim qeyd etdi ki, Amerikan Pediatrik Akademiyasının və Amerika Oftalmoloji Akademiyasının təklifinə əsasən, çəkisi 1500 qramdan aşağı, gestasyon yaşı 30 həftədən aşağı olan körpələr və gestasyon yaşı 30 həftədən böyük, çəkisi 1500-2000 qr arasında və klinik olaraq problemləri olan, kardiopulmonar dəstək görən bütün uşaqlar oftalmoloji müayinə olunmalıdırlar. Gestasyon yaş 27 həftədən aşağı olan körpələr, doğumdan 2 həftə sonra, 27 həftədən yuxarı körpələr postnatal 4-cü həftədə müayinədən keçirilməlidirlər.


Qeyd edək ki, əməliyyatın riskli olduğundan, hər həkim və komanda bu məsuliyyətin altına girmək istəmir. Ona görə də bu halda ən vacib məsələ, bu əməliyyatı icra edə biləcək gücdə olan və məsuliyyəti üzərinə götürən həkimi tapmaqdır. Belə əməliyyatlar üzrə “Badam” Tibb Mərkəzi pasientlərin etimadını qazanıb.


Suallara cavab olaraq onu da öyrəndik ki, hər üç uşağın əməliyyat sonrası vəziyyəti qənaətbəxşdir. Uşaqlardan biri əməliyyatdan bir neçə saat sonra, digər ikisi isə əməliyyatın sabahısı günü yoxlanışdan keçərək evə buraxılıb.