İnsanın neçə nəfər ailə üzvü, bacı –qardaşının olması və uşaqlar arasında yaş fərqi həmin şəxsin ürək-damar xəstəliklərinə birbaşa təsir edir.
Medicina.az xəbər verir ki, ürək-damar xəstəliklərinin səbəbləri içində genetik və ailə anamnezi də var. Hətta ailənin strukturu, uşaqların doğulma ardıcıllığı, sayı da əhəmiyyətlidir.
Alimlər 25 il ərzində 30-58 yaş arası 1,36 milyon insanı əhatə edən geniş tədqiqat aparıb.
Analizlər ailə vəziyyətinin, bacı –qardaşların sayının ürək xəstəliklərinə səbəbini öyrənmək məqsədilə aparılıb.
Məlum olub ki, 1 qardaşı və ya bir bacısı olan ailədə şəxsin ürək xəstəliyinə tutulma və ölmə riski daha azdır.
Heç bacı-qardaşı olmayanlarda ürək xəstəlikləri çox rast gəlinib.
3 qardaş və ya bacısı olanlarda da ürək-damar mənşəli xəstəliklər də çox olur.
2 və ya daha çox qardaşı olan qadınlar ürək xəstəliyinə çox və tez tutulur.
Ailənin ilk övladı bu baxımdan daha şanslıdır, nəinki sonbeşiklər. Onların ürəyi daha dözümlü olur.
Təbii ki, bu tədqiqatın çatışmayan cəhətləri var, burada ölkənin səhiyyə durumu və ailənin sosial-iqtisadi statusu nəzərə alınmayıb.
Amma alimlər gələcək tədqiqatda bu mexanizmin bioloji tərəflərini araşdıracaq.
Sosioloqlar bildirir ki, bacı-qardaşı olmayan şəxs özünü tənha hiss etdiyi üçün ürək-damar sistemi zəifləyir.
Çox bacı –qardaşın olması da ürək üçün risklidir, çünki çox doğma insan çox problem və fikir ayrılığı deməkdir.