Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bacı böyrəyini qardaşına bağışladı

  • 2019.05.30 09:30
  • 23796 Baxış
Bacı böyrəyini qardaşına bağışladı
 

 

Bacı böyrəyini kiçik qardaşına bağışlayıb. Unikal böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.
Bu barədə Medicina.az-a Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib.
Cərrahın sözlərinə görə, pasiyent uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkib: "Hemodializ seansları heç də rahat və xəstəyə yan təsirsiz ötüşmür. Ona görə də erkən yaşda böyrək transplantasiyası xroniki böyrək çatışmazlığı olan pasiyentlər üçün ən ideal müalicə üsulu hesab edilir.

 

Xəstəxanamızda 30 yaşlı bacı 19 yaşlı qardaşının donoru oldu. Bu, doğma ruhların fədakarlıq nümunəsi idi. Komandamızın gərgin əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent evə tamamilə yaxşı vəziyyətdə yola salındı”.