Babasildən əziyyət çəkənlər mütləq menyularına evdə bişmiş tərəvəzləri daxil etməli, gündə 10 min addım gəzməli və hərəkətsiz yaşamdan uzaq durmalıdırlar.
Medicina.az xəbər verir ki, türkiyəli cərrah Ümit Sekmen babasildən əziyyət çəkənlərə bir sıra məsləhətlər verib:
“Babasilin ən çox rastlanılan əlaməti ağrı, qaşıntı ilə bərabər axıntı və qanamadır. Xüsusilə bağırsaq floramızı pozan qidalardan uzaq durmaq lazımdır. Yediyimiz qidanın növündən başqa miqdarı da önəmlidir. Hər nə olursa-olsun paketli qidalardan uzaq durmalısınız. İşlənmiş qidalar bağırsaq florasını pozan başlıca qidalardır. Çox ədviyyatlı və acı yemək də babasilin yaranmasına səbəb olur. Babasil şikayəti olan insanlar mütləq menyularına mövsüm tərəvəzlərini daxil etməli, hər gün 10 min addım atmalı və hərəkətsiz yaşamdan uzaq durmalıdırlar. Eyni zamanda gündə 2-3 lt su içməlidirlər. Az su içmək babasilin yaranmasının əsas səbəblərindəndir.
Bu şəxslər sadəcə doyacaq miqdarda hər gün eyni saatda və mümkünsə öz evində hazırlanmış qidalarla bəslənməlidir. Bitki növlü qidalanmağa üstünlük verilməlidir. Gəzinti və üzgüçülük məsləhət edilən idmanlardandır. Tualet vərdişini normaya salıb, hər gün eyni saatlarda getmək olduqca önəmlidir.
Babasilə faydalı olan konkret qida və ya qidalanma şəkli yoxdur. Qidalanma şəkli nə qədər önəmli olsa da hərəkətsiz yaşam babasil riskini artırır. Babasili olanlar ağrı hiss etdikləri an həkimə getməli, onların yazdığı dərmanları istifadə etməlidirlər”.