Rusiyanın Volqoqrad şəhərində 5 yaşlı uşaq qarpız yedikdən sonra ölüb, onun 11 yaşlı bacısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
"Medicina" xəbər verir ki, yeniyetmələr babalarından israrla onlara qarpız almağını istəyiblər. Bazara yollanan baba nəvələrinə qarpız alıb və uşaqlar meyvəni qəbul edərək zəhərləniblər.
Məhkəmə-tibbi ekspertizalarının ilkin rəyinə görə, uşağın ölümünə qarpızın tərkibində olan zəhərli qastroenterit səbəb olub.