Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bağayarpağının şəkərlə qarışımı – Mədə-bağırsaq yaraları və şişlərinin dərmanı

  • 2019.02.22 19:50
  • 53622 Baxış
Bağayarpağının şəkərlə qarışımı –  Mədə-bağırsaq yaraları və şişlərinin dərmanı
Azərbaycanda çox yerlərdə, elə yol kənarındaca bitən bağayarpağını bəzən həkimlər də xəstələrə mədə yaraları, xoralar, bağırsaq yaralarında tövsiyyə edir.


Medicina.az xəbər verir ki, bağayarpağının bal və şəkər tozu ilə qarışımı xərçəng şişləri, xüsusən mədə-bağırsağın bədxassəli törəmələrində çox effektivdir. Bu qarışım həm də immuniteti qaldırır.


Həmin reseptləri təqdim edirik:


-Təzə bağayarpağı  yuyulur,  xırdalanır. Üzərinə 1 stəkan su alınıb qaynadılır.  Soyuyanana sonra  təmiz balla qarışdır. Şüşə bankada saxla.

Soyuqdəyədə, öskürəkdə, mədə-bağırsaq problemlərində gün ərzində 4-5 dəfə 1 çay qaşığı qəbul et


-Bağayarpağı yuyulur, qurudulur, yarpaqlar qat-qat şüşə qaba, bankaya düzülür. Hər layın arasına şəkər səpilir. Banka qaranlıq sərin yerdə 3 həftə saxlanılır. Sonda tünd rəngdə qarışım alınacaq. Bu süzülür, məhlul soyuducuda saxlanılır.


Qastrit, xora, yara, koliti olanlar, xərçəngdə 1 xörək qaşığı yeməkdən 20 dəqiqə öncə qəbul edilir. Gündə 3 dəfə

 


Bağayarpağının şəkərlə qarışımı –  Mədə-bağırsaq yaraları və şişlərinin dərmanı