Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

B9-la B12 çatışmayanda baş verən dəhşətli hallar

  • 2022.11.21 15:16
  • 2812 Baxış
B9-la B12 çatışmayanda baş verən dəhşətli hallar

Son illərdə bədəndə daha sürətlə yetməzliyi müşahidə olunan maddələrdən biri də fol turşusu-B9 vitaminidir. Fol turşusu orqanizmdə proteinləri (zülalları) təşkil edən aminturşu metabolizmasında, DNT-ni əmələ gətirən nuklein turşularının yaranmasında, qan hüceyrələrinin əmələ gəlməsi və çoxalmasında rol oynayır.


"Medicina" xəbər verir ki, həkim Fərhad Burzu bildirib ki, fol turşusu B12 vitamini ilə birgə təsir edir. Yəni, bu vitaminlərdən biri çatışmadıqda digərinin də təsiri zəifləyir.

Fol turşusu hamilə qadınlarda çatışmadıqda döldə onurğa sütununun Spina Bifida deyilən inkişaf qüsuru (yırtığı) və anensefaliyaya səbəb ola bilər. Həmçinin fol turşusu çatışmazlığı zamanı aşağıdakı əlamətlər ola bilər:

Ağız boşluğunda yaralar, dilin şişməsi, uşaqlarda böyümə geriliyi, zəiflik, yorğunluq, yuxululuq, əsəbilik, halsızlıq, həyat keyfiyyətinin düşməsi, dəri turqorunun (keyfiyyətinin) itməsi, baş ağrıları və s.
Araşdırmalara görə, fol çatışmazlığı depressiya və autizm hallarının artmasında əsas səbəblərdəndir.

Fol turşusu orqanizmə qida vasitələri ilə daxil olur. Paxlalı bitkilər (lobya, noxud), qulançar, lobya, soya, günəbaxan tumları, cəfəri, nanə, keşniş, brokoli, yumurta, çərəzlər və s. qidalarda fol turşusu üstünlük təşkil edir. Orqanizmin gündəlik fol ehtiyacı 400 mkg-dır.

"Unutmamaq lazımdır ki, anemiyalar zamanı fol turşusu müalicəvi dozada qəbul olunmalıdır və bunun üçün həkimlə məsləhətləşməyiniz vacibdir. Çünki fol turşusu artıqlığı zamanı orqanizmdə zəhərlənmə halı baş verə bilər".

Aygün Musayeva