Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

B15 vitamini - panqamat kalsiy nədir? - Faydaları

  • 2022.08.24 14:38
  • 5895 Baxış
B15 vitamini - panqamat kalsiy nədir?   -  Faydaları

İlk dəfə bu vitamin XX əsrin ortalarında ərik çəyirdəyində aşkarlanıb. Daha sonra taxıllarda tapılıb.

Orqanik maddəyə B15 vitamini adı verilib.

"Medicina" xəbər verir ki, bu vitamin qaraciyərdə artıq yağ toplanmasının qarşısını alır. Artıq çəkiyə imkan vermir. İnsan DNT-də iştirak edir.

Toxumaların, hüceyrələrin yenilənməsində vacibdir.

Damarları aterosklerozdan qoruyur. Zərərli xolesterini azaldır. Toxumaların nəfəs almasını təmin edir.

B15 vitamini ürək, həzm sistemi, immunitet üçün vacibdir.
İş qabiliyyətini artırır, yorğunluğu götürür.
Yüksək təzyiqi salmağa kömək edir.

B15 hansı qidalarda olur?

- Günəbaxan və balqabaq tumları
- Paxlalılarda

- Qreçka, yulafda
- Şaftalı, ərik. gavalı tumunda
- Çiyələk, zoğal, moruqda

- Pivə mayası
- Qaraciyər

B15 əskikliyində bu qidaları artırmaq lazımdır.


Aygün Musayeva