B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.
Medicina.az xəbər verir ki,, B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
Bu vitamininin çatışmazlığı geriyə dönməz sinir və psixiki pozulamaların inkişafına, ağır anemiyaya (qanazlığı) səbəb ola bilər.
Simptomları:
- yorğunluq
- zəiflik
- qəbizlik
- iştahanın azalması
- çəkinin azalması
- depressiya
- yaddaşın pozuması
- dezorientasiya (şüurun qarışması)
- ağız boşluğunda və dildə agılar.
Faydaları
- B12 vitamini hüceyrə yaşlanmasının qarşısını alır.
- Sinir hüceyrələrini bərpa edir.
- Orqanizmi ürək və damar xəstəliklərindən qoruyur. Damarları iflicə və yüksək təzyiqə qarşı qoruyur.
- B12 vitamini eyni zamanda karbohidratları enerjiyə çevirir, yağı azaldır.
- B12 vitamini bədən enerjisini artırdığı üçün halsızlıq və yorğunluğun qarşısını alır. Bu da yemək istəyini azaldır.
- B12 karbohidratları enerjiyə çevirib, şəkərin sorulmasını yaxşılaşdırdığı üçün beyin ehtiyacı olan şəkərlə təmin edilir və bu da unutqanlığa mane olur.
- Döş vəzi, prostat, ağciyər xərçənginə qarşı qoruyucu təsiri vardır.
- Sağlam saç, dəri və dırnaq üçün B12 əsas elementdir.
-Bu vitamin yeni hüceyrələrin yaranmasını və dərinin mütəmadi olaraq, yenilənməsini təmin edir.
Bəs bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:
- veqanlar
- pis qidalanan insanlar
- yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)
- mədə-bağırsaq sistemində pozulmaları olanlar
- kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar
- bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.
B12 vitamininin əsas mənbələri isə ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.