Bu qidalar vaxtından tez qocalmağın qarşısını alır
Orqanizmdə B vitamininin çatışmaması dəri və əzələlərin vəziyyətinin pisləşməsinə, idrakın zəifləməsinə səbəb olur.
“Medicina” xəbər verir ki, B vitamini insan orqanizmi üçün həyati əhəmiyyətli elementdir. Orqanizmdə B vitamininin çatışmaması müəyyən mənfi fəsadlara səbəb olur. Bu fəsadlardan biri də orqanizmin vaxtından əvvəl qocalmasıdır.
Həkim-terapevt Viktoriya Aqalsovanın sözlərinə görə, bu əlamətlər “B” vitamininin çatışmamasından xəbər verir:
• dərinin qocalması,
• piqmentasiya;
• əzələ zəifliyi;
• nevroloji pozğunluqlar;
• aritmiya;
• tənəffüs problemləri,
• nəfəs darlığı;
•koqnitiv funksiyaların pisləşməsi;
•iştahsızlıq və çəki itkisi;
•yuxu pozğunluqları;
•saç tökülməsi;
•xoşagəlməz bədən qoxusu;
•yorğunluq;
•psixoz.
B vitamini çatışmazlığını müəyyən qidalar, məsələn, maya, çörək məhsulları, kəpəkli un (B1), göyərti, meyvə, yumurta (B3), ət, balıq, qoz-fındıq, paxlalı bitkilər (B5), böyrək, qaraciyər, dənli bitkilər (B9) və balıq (B12) yeməklə aradan qaldırmaq olar.
Günay Quliyeva