Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

B 12 vitamini əskikliyinin əlamətləri - Ayaq və dabanlarda...

  • 2021.11.16 18:08
  • 2685 Baxış
B 12 vitamini əskikliyinin əlamətləri -  Ayaq və dabanlarda...
Orqanizmdə B 12 vitamini əskikliyi çox ciddi haldır, daha çox qanazlığı, anemiya ilə bərabər gedir və hətta qan yaranmasına mənfi təsir edir.


B 12 vitamini mütləq hər xəstədə yoxlanmalıdır, çünki onu diqqətdən qoymaq geridönməz nevroloji problemlərə səbəb ola bilər.

Medicina.az defisitin bəzi simptomlarını təqdim edir.

Əgər ayaqlarınızın altında, dabanda yanma hissi varsa, bu B 12 çatışmazlığının birinci əsas əlamətidir.

Bu o deməkdir ki, aşağı ətraflarda sinirlər qidalanmır və zədələnib.

- Güclü yorğunluq, halsızlıq
- Enerji çatışmazlığı
- Təngnəfəslik
- Baş ağrıları, baş gicəllənmə
- Dərinin bozarması, ağarması
- Qulağa daxildən küy, səslər gəlməsi, cingilti və s.
- İştahın olmaması

Əgər bu əlamətlər varsa, endokrinoloqa müraciət edib, analizlər verin və B12 vitamini qəbul edin.

B 12 əskikliyi olanlar anemiya, dəmir defisiti, qanazlığı mütləq yoxlanmalıdır.