Misirdə baş verən qeyri- insani hərəkət hər kəsi şoka salıb.
Medicina.az xəbər verir ki, azyaşlı qız sünnət edildiyi üçün ölüb. İnanclara görə qız uşaqlarının cinsi həzzinin qarşısını almaq üçün sünnət edilir. 12 yaşlı qız uşağı öldükdən sonra polis qızın valideynlərini və prosesi həyata keçirən həkimi həps edib.
Misirdə qızları sünnət etmə qanunla qadağan edilsə də, hələ də bu cinayət davam edir. BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) açıqlamasına görə, 15-49 yaşlı misirli qadınların 87%-i sünnətə məruz qalır.