Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azyaşlı qız xəstəliyi üzündən daşa çevrilir - Uzana, otura bilmir

  • 2020.02.08 18:38
  • 7158 Baxış
Azyaşlı qız xəstəliyi üzündən daşa çevrilir  -  Uzana, otura bilmir

7 yaşlı qızcığaz nadir xəstəliyi səbəbindən getdikcə daşa dönür. O, artıq gəzəndə, uzananda ağrıyır.

Medicina.az xəbər verir ki, Hindistanın Çxattisqarx ştatında yaşayan Radjeşvarinin dərisi daşlaşıb bərkiyir.

Onun xəstəliyi nadir sindromlardan biri epidermolitik ixtioz adlanır.
Qızın ayaqları, qolları, kürəyi balıq pulcuğu kimi bərk qabıqla örtülür.

Qızın hələ ki, dünyanın ən yaxşı professorlarının müalicəsini almağa maddi imkanı yoxdur, o 2-3 aydan bir mərkəzdəki yerli xəstəxanaya gedib müayinə olunur.

Xəstəlik öldürücü deyil, amma xəstələr ömür boyu dəhşətli simptomlara dözməli olur və normal həyat keçirə bilmir.


Qız yaxşı tərləyə bilmədiyindən tez-tez xəstələnir, dərisindəki çatlar isə infeksiya və göbələklər üçün münbit şərait yaradır.
Artıq qızın gözü və eşitməsi zəifləyib.