Amerikalı 8 yaşlı qız içdiyi çirkli su səbəbindən vəfat edib.
Medicina.az xəbər verir ki, hadisə ABŞ-da baş verib. Belə ki, anası azyaşlı qızına əsəbləşib və cəza olaraq ona su içməyi qadağan edib. Bir neçə gün susuz dözməyən qız çarəsiz qalaraq unitazdakı sudan içib. Nəticədə 8 yaşlı qız sepsisə yoluxub və dünyasını dəyişib.
Məlum olub ki, valideynlər qızı davamlı olaraq metal əşyalar və kəmərlə döyüblər. Buna görə qız bir neçə dəfə xəstəxanalıq da olub. Ailənin digər qızı isə başqa ailənin himayəsinə verilib.
Azyaşlının müəllimlər isə dəfələrlər sosial işçilərə qızın ailəsi barədə xəbərdarlıq etdiklərini deyib.Hazırda ailəilə bağlı araşdırmalar davam edir.