Medicina.az xəbər verir ki, 4 yaşlı qız polimer, bor turşusu və digər maddəli tərkibdən hazırlanan slaymdan zəhərlənib. Belə ki, oyun zamanı oyuncağın bir parçası uşağın boğazında bronxlarına yapışıb. Bu isə onun ciyərlərində kimyəvi və zəhərli yanmaya səbəb olub.
Valideynləri çox öskürdüyü üçün onu müayinəyə gətirib. Bu zaman onun bronxlarında yad cisim aşkarlanıb. Nəticədə iki həftə reanimasiyada qalan qız indi zökəm olmamaq üçün müalicə edilir. Həkimlər isə ilk dəfə belə hal ilə qarşılaşdıqlarını bildirib.