Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda azyaşlı bacı-qardaş MÜƏMMALI şəkildə öldü

  • 2017.09.19 13:25
  • 15976 Baxış
Azərbaycanda azyaşlı bacı-qardaş  MÜƏMMALI şəkildə öldü

Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.

 

Medicina.az-ın APA-ya istinadən məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.

 

Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.

 

Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da müəmmalı şəkildə ölüb.

 

Hazırda ölümlərin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

 

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.