Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

AzTV-nin səs yazısı yayılan işçisi ilə bağlı - RƏSMİ AÇIQLAMA

  • 2020.07.02 14:29
  • 4302 Baxış
AzTV-nin səs yazısı yayılan işçisi ilə bağlı   - RƏSMİ AÇIQLAMA

“Ötən gün sosial şəbəkələrdə koronavirusdan vəfat edən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı yayılıb. Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub:

“Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.

Pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur”.

Xatırladaq ki, AzTV-nin koronavirusdan ölən gənc əməkdaşı, rejissor Samir Nəcəfzadənin xəstəxanadan yaxınlarına göndərdiyi deyilən səs yazısı yayılıb.

"BakuPost"un məlumatına görə, sosial şəbəkələrdə yayılan yazıda S.Nəcəfzadənin çətinliklə nəfəs aldığı, boğulduğu hiss edilir. O, müalicə aldığı xəstəxanada vəziyyətin acınacaqlı olduğunu deyir. "Biri ordan qışqırır, biri burdan qışqırır. Tualet, əl yumağa su yoxdur. Dəhşət. Vəziyyət çox pisdir, bura çox pisdir".