AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.
Bu barədə aparıcı özü məlumat verib. "Bilirəm, hər biriniz mənə görə çox narahatsınız, zəng edirsiniz, "WhatsApp"a yazırsınız. Hamıya cavab verə və ya yaza bilmirəm. Bilənlər bilir, artıq xeyli müddətdir evdəyəm. Müalicəm tam başa çatıb, şükürlər olsun. Analizlərin cavabları da gözəl çıxıb. Çətin bir dönəmdən keçdim.
Mən duanın gücünə çox inanıram. Kiminsə duasında olmaq ən gözəl şeydir. Mən isə bu dönəmdə bir yox, iki yox, çox-çox insanın duasında oldum. Böyük Yaradana şükürlər olsun ki, bu dualar qəbul olundu. “Semaşko” xəstəxanasının nəznindəki modul tipli xəstəxananın həkim kollektivinin əməyi və sizin dualarınız mənim yardımçım oldu".
O, qeyd edib ki, bir müddətlik ruh halının bərpası üçün sosial şəbəkədən və "WhatsApp"dan uzaqlaşmalıdır. "Neqativ statuslar, xəbərlər bu həssas dönəmdə çox incidir insanı".
Xatırladaq ki, AzTV-nin COVID-19-a yoluxmuş iki əməkdaşı ötən həftə dünyasını dəyişib.